Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək - ölkə başçısı açılış etdi

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək - ölkə başçısı açılış etdi

“Müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar”. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni klinika”nın açılışında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verərkən deyib. Qeyd edilib ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.