Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Narkotik çəkib Sumqayıtdan sərnişin daşıyanlar saxlanıldı

Narkotik çəkib Sumqayıtdan sərnişin daşıyanlar saxlanıldı

Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücülərinin narkotik çəkərək maşını idarə etdiyi aşkarlanıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, bu faktlar Sumqayıt yol polisi tərəfindən keçirilən reyd zamanı aşkarlanıb.

 

Sumqayıtdan paytaxt istiqamətində sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımovun narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildən əlavə olaraq qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib.

Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.