Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı

Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı

Ukraynanın təhlükəsizlik qüvvələri Kiyevdə azərbaycanlıların da işlədiyi “Stoliçnıy” bazarında əməliyyat keçirib. 

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, 150-dən çox bazar işçisinin yoxlanıldığı əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Onlar Azərbaycan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

“15 əcnəbi vətəndaş Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 203-cü maddəsi ilə mühakimə olunublar. Onlardan 6-sı ölkədən deportasiya olunacaq. 3 əcnəbilər üçün müvəqqəti saxlama mərkəzinə köçürüləcək”, - deyə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

 

Saxlanılanların bir qismi isə 75 min qrivendən çox cərimələniblər.