Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

10 aydır komada olan Vətən Müharibəsi qazisi vəfat etdi

10 aydır komada olan Vətən Müharibəsi qazisi vəfat etdi

Vətən Müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı  10 ay komada qaldıqdan sonra bu gün vəfat edib.

SHOWNEWS.AZ-ın məlumatına görə, qazi bu gün dünyasını dəyişib.

Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb.

Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb. İyulun 9-da komaya düşüb.

Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Azəriqaz”ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.