Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Klinikada həkimə qarşı soyğunçuluq - POLİS BU ŞƏXSİ AXTARIR

Klinikada həkimə qarşı soyğunçuluq - POLİS BU ŞƏXSİ AXTARIR

"Turan Hospital"da həkim Jalə Həsənovaya qarşı soyğunçuluq hadisəsi baş verib. 
SHOWNEWS.AZ xəbər verir ki, may ayının 25-də həkim dermotoloq-kosmetoloq Jalə Həsənovanın iş otağına girən naməlum şəxs stolun üstündən həkimə məxsus portmaneni oğurlayıb. 
Oğurluq hadisəsi hospitalda olan müşahidə kameralarına düşüb. Hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Lakin hələ də oğurluq edən şəxs tapılmayıb. 

 

SHOWNEWS.AZ-a danışan J. Həsənova portmanedə olan sənədlərin onun üçün vacib olduğunu bildirib:

"Pul da var idi. Amma pul önəmli deyil. Əsas sənədlərimdir. Ümid edirəm ki, Azərbaycan polisi tez bir zamanda oğurluq edən şəxsi tapacaq. Mən polislərimizə güvənirəm".