Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda “Porsche” 17 yaşlı oğlanı vuraraq öldürdü - Piyada keçidində

Bakıda “Porsche” 17 yaşlı oğlanı vuraraq öldürdü - Piyada keçidində

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb. 

APA xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

 

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu "Porsche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb.