Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda kişini küçənin ortasında ölümcül döydülər: - ŞOK VİDEO - VİDEO

Bakıda kişini küçənin ortasında ölümcül döydülər: - ŞOK VİDEO - VİDEO

Bakıda küçənin ortasında kişi ölümcül döyülüb. 

 

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. 

 

Belə ki, hadisə Nəsimi rayonu üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb:

 

"Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.

 

Qeyd edək ki, döyülən şəxs ölməyib. O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.