Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Fəhlə işləyən III kurs tələbəsi faciəvi şəkildə öldü

Fəhlə işləyən III kurs tələbəsi faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin üçüncü kurs tələbəsi Elnur Abbasov dünyasını dəyişib.

Oxu.az xəbər verir ki, Bakı ətrafında istixanada fəhlə işləyən Elnur elə orada ağır xəsarət alıb.

Belə ki, Elnur istixanada çalışarkən hündürlükdən yıxılıb və boynu sınıb. Dörd gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, Elnur Abbasov 2001-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində doğulub, əslən Cəbrayıldandır. Onun özündən başqa, bir qardaşı və bir bacısı var.