Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

13 yaşlı azərbaycanlı qızı evlənmək məqsədilə qaçırdılar

13 yaşlı azərbaycanlı qızı evlənmək məqsədilə qaçırdılar

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib.

 

Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman aparatının məsələ ilə məşğul olduğu bildirilib.