Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

13 yaşlı oğlana qarşı seksual hərəkətlər edən şəxs HƏBS EDİLDİ

13 yaşlı oğlana qarşı seksual hərəkətlər edən şəxs HƏBS EDİLDİ

Tovuzda azyaşlıya qarşı seksual hərəkətlər etmiş şəxs həbs olunub. 

 

Baş prokurorluqdan  daxil olan məlumatda deyilir: 

"Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə  (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib".