Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ana gecə saat 2-də marketə getdi - 5 yaşlı uşaq yıxılıb öldü

Ana gecə saat 2-də marketə getdi - 5 yaşlı uşaq yıxılıb öldü Bakının Qaradağ rayonunda yerləşən "Qobu Park-2” yaşayış kompleksində beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb.   AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 2-3 radələrində baş verib.
  Məlumata əsasən, azyaşlının valideynləri boşanıblar. Uşaq anası ilə tək yaşayırmış. Onların kirayədə yaşadıqları bildirilir. Ana hadisə yerinə gələn polislərə marketə getdiyini, qayıdanda isə uşağı evdə görmədiyini deyib. Bir qədər sonra isə uşağın atası da hadisə yerinə gəlib.   Faktla bağlı araşdırma aparılır.