Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda 11-ci sinif şagirdi qəfil vəfat etdi

Azərbaycanda 11-ci sinif şagirdi qəfil vəfat etdi Cəlilabad rayonunun Sabirabad kəndində şagird yaşadığı evdə ölü tapılıb.   "Report"un Muğan bürosunun məlumatına görə, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.   Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.   Hazırda mərhumun ölüm səbəbi araşdırılır.   Faktla bağlı araşdırma aparılır.