Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Lənkəranda axund məscidin həyətində bıçaqlandı

Lənkəranda axund məscidin həyətində bıçaqlandı

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə məscidlərin birində qeydə alınıb. 

 

Belə ki, Lüvəsər kəndinin axundu Taleh Əliyev məscidin həyətində həmkəndlisi Çingiz Əlizadə tərəfindən bıçaqlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, hadisə şəxsi münasibətlər zəminində olan mübahisə nəticəsində baş verib:

“Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır”.