Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İlon Mask dünyanın ən varlı insanı oldu

İlon Mask dünyanın ən varlı insanı oldu

“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.

SHOWNEWS.AZ xəbər verir ki, bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması “Tesla”nın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.

Nəşrin məlumatına görə, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır.

Qeyd edək ki, Ceff Bezos 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.

// Qafqazinfo