Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tokioda bir mağaza 3D printer vasitəsilə hazırlanmış insan üzü maskaları satacaq - VİDEO

Tokioda bir mağaza 3D printer vasitəsilə hazırlanmış insan üzü maskaları satacaq - VİDEO

Qoruyucu maskaların taxılması sosiallaşma prosesini qəlizləşdirir. Belə ki, hansısa şəxs maska taxmış dostunu tanımaya bilər. Lakin Yaponiyadan olan sahibkar bu məsələdə individuallığı qorumaq üçün maraqlı üsul kəşf edib. Belə ki, o, 3D printerdə üçölçülü maskaların istehsalı texnologiyasını yaradıb. Bu barədə 4pda saytı xəbər verib. Shuhei Okawara adlı şəxs Tokioda kiçik mağazaya sahibdir.

Mağazada olan məhsullar əsasən bayramlar və şənliklər üçün nəzərdə tutulub. Günlərin birində onun ağlına insan üzü üçün üçölçülü maskaların yaradılması ideyası gəldi. Onun ideyasına əsasən bu cür maska istənilən şəxsi istənilən yerdə tamamilə tanınmayan digər bir şəxsə çevirə bilər. Nümunə üçün o öz üzü əsasında hazırlanmış üçölçülü maskanı misal gətirib.

Növbəti mərhələdə o heç tanımadığı şəxslərə öz fotolarını göndərməyi təklif edib. Məhz həmin fotolar əasında Okawara müxtəlif maskalar yaradıb. Fotonu göndərməyə razı olmuş hər bir şəxsə o, 400$ vəsait ödəyib. Bütün maskalar 3D printerdə yaradılıb. Yaradılmış maskalar bu və ya digər şəxsin üzünün tam kopyasıdır. Sözügedən layihəyə keçən ilin oktyabr ayında start verilmişdi və ona potensial alıcılar tərəfindən artıq böyük tələbat var. Maskalar gələn ilin əvvəlində satışa çıxacaqlar və bir maskanın qiyməti 950$ təşkil edəcək.