Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

You Tube-da ən çox izlənilən oyunlar - 2020-ci ilin REKORDLARI

You Tube-da ən çox izlənilən oyunlar - 2020-ci ilin REKORDLARI

YouTube 2020-ci ildə oyun kateqoriyasına dair statistik məlumatları açıqlayıb.

SHOWNEWS.AZ bildirir ki, YouTube-un oyun kateqoriyasındakı videolar 100 milyard saat izlənməyə çataraq rekord qırıb.

Həmçinin ötən il YouTube oyun kateqoriyası ilə video yerləşdirən 80 mindən çox kanal 100 min abunəçi sayına çatmağı bacarıb. Bundan əlavə, mindən çox kanal 5 milyon 350-dən çox kanal isə 10 milyon abunəçi toplayıb.

Ən çox izlənilən oyunlar

2020-ci ildə YouTube-da ən çox izlənilən oyunların siyahısında Minecraft 201 milyard baxışla birinci olub. İkinci yerdə isə 75 milyard baxışla Roblox-dur.

Roblox-dan sonra Garena Free Fire 72 milyard baxışla üçüncü, GTA 5 isə 70 milyard baxışla dördüncü yerdə qərarlaşdı.

Digər tərəfdən məşhur döyüş Royale oyunu Fortnite 67 milyard baxışla beşinci sırada yer alıb.

Canlı yayımda ən çox izlənilən oyunlar isə bunlardır:

Minecraft

Garena Free Fire

Fortnite

Grand Theft Auto V

PUBG Mobile

// Ted.az