Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Teleqramın yaradıcısı Androidi seçdi: "Texnoloji şirkətlərin ən təhlükəlisi Apple-dır"

Teleqramın yaradıcısı Androidi seçdi: "Texnoloji şirkətlərin ən təhlükəlisi Apple-dır"

Teleqram platformasının yaradıcılarından olan Pavel Durov Apple və Google-un da digər şirkətlər qədər təhlükəli olduğunu deyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, WhatsApp-ın istifadə şərtlərini dəyişməsindən sonra Pavel Durov bu vəziyyətin başqa bir həqiqəti ortaya qoyduğunu qeyd edib.

O bildirib ki, bəhs etdiyi reallıq şirkətin inhisara çevrilməsinin təbii nəticələridir. Bu vəziyyətə nümunə kimi Tvitterin Donald Trampı bloklamasını göstərən Pavel Durovun açıqlamalarına görə, texnoloji şirkətlərin ən təhlükəlisi Apple-dır. Milyonlarla istifadəçinin hər an məhdudlaşdırma ilə qarşılaşa biləcəyini söyləyən Durov Androiddən istifadənin daha məntiqli olduğunu söyləyib

"Niyə Android?" sualına cavab olaraq isə bildirib ki, əməliyyat sisteminin açıq mənbəli olması böyük üstünlükdür.