Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sony-dən daha bir yenilik: SÜNİ İNTELLEKTLİ TELEVİZORLAR

Sony-dən daha bir yenilik: SÜNİ İNTELLEKTLİ TELEVİZORLAR

Texnologiya bazarının nəhənglərindən olan Sony şirkəti daha bir yeniliyə imza atıb.

SHOWNEWS.AZ bildirir ki, şirkət insan beynini təqlid edərək görüntü və səsləri daha həqiqi şəkildə yayımlayan süni intellekt texnologiyasına sahib yeni televizor seriyasını nümayiş etdirib.

Sözügedən cihazlarda süni intellekt sahəsindəki ən son texnologiyalardan olan Cognitive Processor XR yer alır.

Şirkət rəsmilərindən Mike Fasulo Cognitive Processor XR-ın insan beyninin görüntünü emal etmə üsulunu təqlid edə bildiyini söyləyib.

Digər şirkət rəsmisi Masaomi Ando sözügedən texnologiyanın yer aldığı televizorlar barədə  "Yeni Bravia XR televizorları ənənəvi süni intellektin sərhədlərini aşan dünyanın ilk "ağıllı" prosessorun sayəsində görüntü və səsi həqiqiyə ən yaxın şəkildə ötürə bilir", - deyə vurğulayıb.

// ted.az