Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məşhur ekstrasens Azra şou əhlindən proqnoz verdi “Aygün, Röya, Brilliant…”

Məşhur ekstrasens Azra şou əhlindən proqnoz verdi “Aygün, Röya, Brilliant…”

Azra Məcidova – bu ad artıq çoxumuza tanışdır. İl ərzində baş verən bəzi hadisələr bir daha sübut etdi ki, ekstrasens xanım verdiyi dəqiq proqnozları ilə seçilir. Təəssüf ki, gerçəkləşən olaylar arasında xoş olanlarla yanaşı, xoş olmayanlar da oldu. Məsələn Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı, hazırda cəbhədə yaşanan müəyyən gərginliklər öncədən verilən proqnozlardan bəziləridir. Hər zaman ölkədəki pandemiya şəraitindən, siyasi proseslərdən söz açan müsahibim Azra xanımın sözlərinə görə, tezliklə Ermənistanla münasibətlərimiz kökündən həll olunacaq.   

- Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı proqnozlarınız necədir? Yadımdadır bundan öncəki müsahibənizdə gərginlik olacağını və Nikol Paşinyanın yenidən seçiləcəyini demişdiniz.   

- Rus sülhməramlıları orada olduğu müddətdə problemlər olacaq. Amma bu, uzun müddət davam etməyəcək. Yaxın vaxtlarda Ermənistanla münasibətlər düzələcək. Hazırda danışıqlar gedir. Düşmənlə əlaqələrin normallaşdırılmasına çalışılır. Bu il həlledici ildir. Amma təəssüf ki, müharibə tamamilə bitsə də, şəhidlərimiz var və bundan sonra da olacaq. Yadınızdadırsa, ilin əvvəlində aprel-may aylarında sərhəddə gərginlik olacağını demişdim. İstəməzdim belə olsun, amma dediklərim təsdiqini tapdı. Bilirsiniz niyə? Çünki onlar terrorçu əməlindən qalmırlar. Minaları basdırmaqda davam edirlər. Onlar sözdə barışacaqlar, əməldə yox. Hətta Bakı üçün də müəyyən təhlükələr yaratmağa çalışacaqlar, lakin alınmayacaq.   

- Ölkə olaraq bizi hansısa təhlükə gözləyir?    - Azərbaycan üçün bundan sonra təhlükə yox, işıqlı günlər var. Xalq olaraq arzuladığımız hadisələr baş verəcək. Azərbaycan günü-gündən inkişaf edəcək. Fabriklər, zavodlar tikiləcək. Qarabağ müharibəsi ilə biz dünyaya öz gücümüzü göstərdik. Amma bir neçə il sonra xarici ölkələr həm də bizim inkişafımıza, yüksəlişimizə şahid olacaq.    - Bəs koronavirusla bağlı fikirləriniz necədir?   

- 2022-ci ildə Covid virusu tamamilə olmasa da, 95% yekunlaşacaq. Düzdür deyirlər ki, yeni növü çıxacaq. Amma boş söhbətdir. Artıq heç bir təhlükə yoxdur. Tezliklə toylara da icazə veriləcək, müğənnilər üçün qoyulan qadağalar götürüləcək. Bu sahədə də yenidən canlanma başlayacaq. Artıq müğənnilər 2017-2018-ci illərdəki aktiv həyatlarına qayıdacaq. Amma bundan sonra daha 500-1000 nəfərlik toylar olmayacaq.   

- İstərdim ki, bəzi ifaçılarla bağlı proqnozlarınızı açıqlayasınız. İlk olaraq başlayaq xalq artistimiz Flora Kərimovadan...   

- Flora Kərimova çox gözəl sənətkarımızdır. Amma təəssüf ki, yaş öz işini görür. Ona görə də yaxşı sözlər deyə bilməyəcəm. Nəvəsi dünyaya gələcək, amma uzun illərin nəvə həsrətini doyunca yaşaya bilməyəcək. Çünki qızı xarici ölkədə yaşayır. Özünün də səhhətində ciddi problemlər var.   

- Aygün Kazımova hələ uzun müddət Aygün olaraq öz zirvəsində qalacaq. Ən azı 60 yaşına qədər ulduz kimi parlayacaq. Sənətində yenilikləri olacaq, gündəmdən düşməyəcək. Amma şəxsi həyatında uzunmüddətli sevgi yaşamayacaq. Namiqdən sonra onun həyatında iz qoyan şəxs olmadı, olmayacaq da. Qızı ilə bağlı onu deyə bilərəm ki, ötəri olsa da, çətin günlər yaşanacaq.    

- Röya Ayxanın səhhətində bəzi problemlər yaranacaq. O, düşməndən boldur, quyu qazanı çoxdur. Amma bu aralar sevgidən gözü heç nəyi görmür.  Sənətinə gəlincə isə bu gün zirvədə olan müğənnidir. “Sənə görə”dən sonra onun qədər sevilən növbəti hit mahnısı bu il çıxacaq, onunla partlayış edəcək. Daha bir neçə il sonra da ondan yaxşısı olmayacaq. Amma təxmini 2 il sonra elə özünə oxşayan, 22-23 yaşında uzun saçlı bir qız səhnəyə gələcək, bax o qız Röyanı da keçəcək.  Onda bir az Röya gündəmdən düşəcək.    

- Tünzalə Ağayeva insani keyfiyyətləri yüksək xanımdır. Sənətində çox böyük uğurları olacaq. Yaxın 2-3 il ərzində ölkə xaricində böyük işlərə imza atacaq, genişmiqyaslı layihələrdə çıxış edəcək, daha çox tanınacaq. Şəxsi həyatına gəlincə isə xüsusi bir dəyişiklik olmayacaq, indi necədirsə, bir neçə il sonra da elə olacaq. Sadəcə qızı burada yaşamayacağı üçün özü də tez-tez xarici ölkədə olacaq.   

- Faiq Ağayev bundan sonra keçmişdəki kimi zirvələri fəth edə bilməyəcək.  Bu gün hansı yerdədirsə, sabah da orada olacaq.   

- Samir Bağırovun həyatında hər şey yarımcıqdır. Bundan sonra səhnəyə qayıtsa belə yenə yarımcıq qalacaq. Əslində çox yaxşı insan və sənətkardır. Lakin şanslı adam deyil. Bir də hazırda səhhətində problemlər var.   

- Brilliant Dadaşova son illər çox narahat həyat yaşayır. Üzü gülür, içi yox. Övladı ilə bağlı da qorxuları çoxdur və buna səbəb də var. Hər şey gec-tez yerini tapacaq, qaydasına düşəcək. Cahad çox savadlı, ağıllı oğlandır. Karyerasında dönüş nöqtəsi olacaq bir işə imza atacaq. Amma kaş olmaya... Çünki ondan sonra saysız-hesabsız düşmən qazanacaq və problemlər yaşayacaq.     
- Mir Yusifin şəxsi həyatında hər şey qaydasındadır. Sənətində də uğurlu işləri olacaq. Amma onun əsas gəliri şəxsi biznesindəndir. Qazancı yaxşı olacaq, hətta xarici ölkədə özünə ev də alacaq.   

- Zamiq ailəsi ilə bağlı çətin günlər yaşayacaq. Təəssüf ki, xoş olmayan hadisələr baş verəcək. Bütün bunlar səhhətinə də təsir edəcək.