Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“WhatsApp”da yeni funksiya tətbiq olunacaq

“WhatsApp”da yeni funksiya tətbiq olunacaq

Dünyanın ən çox istifadə edilən messencerlərindən biri “WhatsApp”da yeni funksiyanın sınaqları keçirilir.

Bu barədə şirkətin icraçı direktoru Uill Ketkart məlumat verib.

 

Onun sözlərinə görə, “Yaxındakı müəssisələr” adlı yeni funksiya artıq Android cihazları üçün messencerin beta versiyasında istifadəyə verilib. Onun sayəsində tətbiq vasitəsilə yaxınlıqdakı kafe və restoranları, həmçinin digər iaşə obyektlərini tapmaq mümkündür.

“WhatsApp”dan verilən məlumata görə, “Yaxındakı müəssisələr” istifadəçilər üçün tam olaraq təhlükəsizdir. Hazırda yalnız Braziliyanın San-Paulu şəhərində sınaqları keçirilən funksiyanın yaxın zamanlarda coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.