Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vaksin ana bətnindəki körpəyə mənfi təsir edir? - Rəsmi açıqlama

Vaksin ana bətnindəki körpəyə mənfi təsir edir? - Rəsmi açıqlama

"COVID-19 vaksinlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir".

 

SHOWNEWS.AZ "AzərTac"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib.

"Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya inkişaf etməkdə olan körpələr üçün zərəri yoxdur.

Bundan əlavə COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təsdiqini tapmayıb", - deyə ekspert əlavə edib.