Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qarabağ qazisinin məktəbli qızı imtahandan REKORD BAL TOPLAYIB

Qarabağ qazisinin məktəbli qızı imtahandan REKORD BAL TOPLAYIB

Azərbaycanlı məktəbli Şükran Mikayılzadə Türkiyə universitetlərinə qəbul üçün keçirilən imtahanlarda rekord nəticə əldə edib.

Bu barədə ölkə.az-a Ş.Mikayılzadənin anası Lətafət Əliyeva məlumat verib. Bildirib ki, bu il Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin 11-ci sinifini başa vuran Şükran Marmara Universitetinə keçirilən qəbul imtahanında 98,43 bal toplayıb. Bu, dünya üzrə rekord nəticədir. Belə ki, Ş.Mikayılzadə Marmara Universitetinə dünyanın müxtəlif ölkələrindən imtahan verənlər arasında ən yüksək nəticə göstərib. 

17 yaşlı Ş.Mikayılzadə orta məktəb illərində hər zaman uğurları ilə fərqlənib. 9-cu sinifi qırmızı atestatla bitirən Şükran 10-cu sinifdə Respublika Fənn Olimpiadasında final turuna kimi iştirak edib. 2022-ci ildə Respublika Fənn Olimpiadasının final turunda 3-cü yeri tutaraq, bürünc medala layiq görülüb. O, 11-ci sinif buraxılış imtahanının nəticələrinə görə də qırmızı attestat alacaq. 

Atası Mühəndis Mikayılov isə Qarabağ qazisidir.

Şükran orta məktəbdə oxuduğu illərdə alman, ingilis, rus, türk və koreya dillərini öyrənib. 

O, həkim olmaq və tibbin sirlərini öyrənmək üçün qardaş Türkiyədə ali təhsil almaq niyyətindədir.

L.Əliyeva qızının qəbul olduğu universitetin illik təhsil haqqının bir qədər yüksək olduğunu deyib:

"Həmin universitet Türkiyənin sayılıb-seçilən ali təhsil müəssisələrindən biridir. Azərbaycandan cəmi bir nəfər ən yüksək bal toplayan çəxs qəbul edilir. Təhsil haqqının ödənilməsi üçün dövlət proqramına da müraciət edəcəyik. Əgər burs düşsə, oxutmaq bizə rahat olacaq".