Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Fenomen müəllimin toyu da dərslərindən seçilmədi

Fenomen müəllimin toyu da dərslərindən seçilmədi

Şagirdləri ilə birgə çəkdiyi videolarla sosial şəbəkələrdə fenomenə çevrilən Lənkəranın Jidi kənd məktəbinin müəllimi Leyla Qarazadənin toyu olub.

“Qafqazinfo” xəbər ki, müəllimin toyu da əyləncə baxımından dərslərindən geri qalmayıb. Belə ki, mərasimə müəllimin dərs dediyi şagirdləri də dəvət olunub, onlar sevimli pedaqoqlarını dövrəyə alaraq rəqs ediblər. 

L.Qarazadə ixtisasca tarix müəllimi olan Faiq adlı həmkarı ilə ailə qurub.

Qeyd edək ki, L. Qarazadə sosial şəbəkədə şagirdlərinə etdiyi jestləri, onlara "bu gün sən nə gözəlsən...” deyərək video çəkməsi ilə məşhurlaşmışdı. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də həmin müəllim və şagirdləri ilə görüşmüşdü.