Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vüqar Qaradağlının qızı görün kimlə ailə qurub - ÖZƏL

Vüqar Qaradağlının qızı görün kimlə ailə qurub - ÖZƏL

Xəbər verdiyimiz kimi, ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qızı Gültəkin bu gün ailə həyatı qurub. 
 

SHOWNEWS.AZ-ın əldə etdiyi eksklüziv məlumata görə, Gültəkin Azərbaycanın fəxri sayılan Tural Bədirxanlı ilə ailə qurub. 
 

Tural "Twitter"də pay sahibi olan, Ərdoğanın ailəvi dostu, Selcuk Bayraktarın qrup yoldaşıdır.

Tural Bədirxanlı 1986-cı il yanvarın 21-də Quba şəhərində müəllim ailəsində doğulub. İlk təhsilini bu şəhərdəki Zaur Cəfərov adına 3 saylı tam orta məktəbdə alıb. Sonra təhsilini Quba Özəl Türk Liseyində davam etdirib. Tural Bədirxanlı liseydə təhsil alarkən fizika elminə olan xüsusi marağı ilə seçilib. 2002-ci ildə İndoneziyada keçirilən 33-cü Fizika olimpiadasında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan komandası olimpiadadan Vətənə 3 qızıl və 1 gümüş medalla dönüb ki, qızıl medallardan birini də məhz Tural Bədirxanlı qazanıb. Tural Bədirxanlı XI sinfi bitirəndən sonra Türkiyənin Boğaziçi universitetinin fizika fakültəsinə qəbul olub. Amma artıq ikinci kursda oxuyarkən sənədlərini Masaçusets Texnologiya İnstitutuna verir və bu ali təhsil ocağının tələbəsi adını qazanır. ABŞ-da institutu bitirəndən sonra magistratura pilləsi üzrə də təhsil alır. Bundan sonra bir sıra uğurlu layihələr üzərində işləyən Tural iki ilə yaxın “Google” şirkəti ilə əməkdaşlıq edir.

Özünün yaratdığı proqram təminatını 50 milyon dollara "Twitter"ə satıb və hazırda həmin şirkətdə pay sahibidir. 

Tural həmçinin Türkiyə prezidenti R. T. Ərdoğanın ailəvi tanışıdır. O, Ərdoğanın qızının toyunda iştirak edən yeganə azərbaycanlıdır. 
Tural "Bayraktar"ın yaradıcısı Səlcuk Bayraktarla da yaxın dostdur. Bayraktar ilə eyni qrupda oxuyub.