Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Erməni katalikosu II Qaregin Allahşükür Paşazadəyə müraciət etdi

Erməni katalikosu II Qaregin Allahşükür Paşazadəyə müraciət etdi

Bütün ermənilərin Katolikosu II Qaregin bazar günü Eçmiadzin kilsəsində keçirilən məhbusların və itkin düşənlərin azad edilməsi üçün xüsusi dua mərasimində Azərbaycanın ruhani liderinə müraciət edib.

SHOWNEWS.AZ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Azərbaycanın dini liderindən əsirlərin geri qaytarılmasında köməklik göstərməsini xahiş edib.

Katolikosun sözlərinə görə, Erməni həvari kilsəsi Azərbaycanın ruhani lideri Allahşükür Paşazadənin əsirlərin azad edilməsi üçün səy göstərəcəyini, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə görüşlərin ruhuna uyğun olaraq itkin düşmüş və həlak olmuş döyüşçülərin qalıqlarının axtarılmasına kömək edəcəyini gözləyir.

Münaqişənin nəticələrinin aradan qaldırılması kontekstində II Qaregin Rusiya prezidenti Vladimir Putinə vəziyyətin sabitləşməsinə və humanitar problemlərin həllinə verdiyi şəxsi töhfələrinə görə təşəkkür edib. O, Rusiya Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin rolunu yüksək qiymətləndirib, gərginliyin pozulmasına kömək etdiyini bildirib.

Bizim.Media