44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərliyi Moskvada ilk dəfə bir araya gəlir. Əliyev qalib, Paşinyan məğlub tərəfdir, bəs Putin necə, qərəzsiz hakim olacaqmı?
Hadisələrin inkişafı Moskva görüşünün Qarabağ məsələsində yekun, regionda yeni mərhələnin başlanğıcı ola biləcəyini göstərir:
- Azərbaycan-Ermənistan dövlət sərhədinin bərpası rəsmiləşdirilir;
- Ermənistanla kommunikasiya əlaqələri qurulur: bunun tərkib hissəsi olaraq, Naxçıvan dəhlizinin detalları razılaşdırılır;
- Regionun münaqişədən sonrakı gələcəyi (“altılıq” platforması üzərində müzakirələr) ilə bağlı gələcək addımların şifahi razılaşdırılması;
Bu regionla bağlıdır və müharibədən sonra tərəflərin bu məsələdə aşağı-yuxarı həmfikir olduğunu deyə bilərik. Lakin bunun üçün öncə Qarabağdakı problemlər həll edilməlidir. Bu kontekstdə tərəflərin hər birinin irəli sürdüyü tələblər olacaq:
Əliyevin çantasında nələr var?
1. Dağlıq Qarabağdakı silahlı ermənilər dərhal çıxarılmalıdır;
2. Ermənistan rəsmiləri, yaxud siyasətçiləri Xankəndinə Bakının icazəsi olmadan səfər etməməlidir;
3. Sülhməramlılar 10 noyabr razılaşmasında təsbit edilmiş vəzifələrini yerinə yetirməlidir;
Qarabağda hər şey Azərbaycanı daxili məsələsidir: Azərbaycan Prezidentinin yekun tələbi budur.
Paşinyanın çantasında nələr var?
1. Minsk qrupu formatında danışıqların bərpa edilməsi:
- Ermənistan Vaşinqton və Parisi yenidən oyuna daxil etməklə manevr imkanlarını genişləndirə bilər;
- Bunu daha çox Fransa Ermənistandan istəyir, çünki bu ölkə prosesdən kənarda qalmaqla yeni qlobal reallıqda siyasi-iqtisadi itkilərlə üzləşir və oyuna yenidən daxil olmaq cəhdləri edir: Makronun özünü Paşinyandan çox erməni kimi aparması, dünən Putinə zəng etməsi də bununla bağlıdır;
2. Erməni “qaçqın”ların Hadruta qayıtmasına şəraitin yaradılması:
- Bunu Qarabağdakı silahlı ermənilərin çıxarılmasına əvəz olaraq istəyə bilər;
- Son bir neçə gündə silahlı ermənilərin bölgədən çıxarılmasına hazırlıqla bağlı xəbərlərin yayılması da İrəvanın Moskvada bu istəyinə zəmin yaratmaq məqsədi daşıyırdı: “razılaşmaya əməl edirəm”.
- Nikol bununla daxili auditoriyaya “kiçik qələbə” bəxş etmək və Qarabağın “statusu” məsələsinə ümidi saxlamaq niyyətindədir;
Və Putinin masaya gətirəcəkləri...
Rusiya prezidentinin görüşdən öncə müşavirə keçirməsi təkcə vəziyyətin üzərindən təkrar keçmək deyildi. Ruslar hazırda Qarabağa bölgədə gələcək mövcudluq, ən azından Ermənistanda zərər görmüş dayaqlarını tam bərpa edənə qədər kart olaraq baxır, bu baxımdan, sülhməramlıların nəzarət etdiyi bölgədə hakim rolunu daha da gücləndirmək niyyətindədir.
1. Ermənilərin Hadruta da qayıtması:
- Siyasi hədəf: ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər;
- Hərbi hədəf: Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir; ordumuzun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir; rus sülhməramlılarının Hadrutda olması isə Rusiya üçün bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı deməkdir;
Paşinyanın mümkün Hadrut istəyi rusların bölgədə “humanitar fəaliyyət” üzərindən planının tərkib hissəsidir.
2. Qarabağın “yekun statusu”:
- Putin bir neçə dəfə “yekun status” amilinə toxunub: Minsk qrupunun digər iki həmsədr ölkəsinə “məsələ hələ tam həll olunmayıb” deyə göstərmək; rus sülhməramlılarının bölgədə qalması üçün bu amil üzərindən danışıqları davam etdirmək; erməni əhalisinin qayıdışını stimullaşdırmaq üçün “vəd vermək”; Bakıya qarşı siyasi rıçağı əldə saxlamaq;
Ruslar “status” məsələsini müzakirə mövzusuna çevir bilər, çünki danışmağa mövzunun olması onların varlığına ehtiyacın yaranması deməkdir. Hərçənd, danışıqlar davam edərsə, bu, Minsk qrupu formatında deyil, Rusya-Türkiyə formatında olacaq: ABŞ və Fransanın bundan sonrakı fəaliyyəti formal xarakter daşıya bilər, misal üçün, zənglə nələrinsə müzakirə edilməsi və s.
Asan görüş olmayacaq, lakin masa rus torpaqlarında qurulsa da, kartlar İlham Əliyevin əlindədir: Azərbaycanın qalib tərəf olması və ordumuzun bölgədə mümkün toqquşmada üstün mövqeyi; Türkiyənin siyasi və hərbi varlığı, Rusiyanın buna rəğmən Bakı üçün ciddi təhdid olacaq böyük müharibəni başlamayacağı reallığı; dövlət sərhədinin bərpa edilməsi ilə Qarabağda baş verənlərin de-fakto olaraq da Azərbaycanın daxili məsələsinə çevrilməsi; dəyişən geosiyasi reallığın Bakının tərəfində olması;
Əliyev qalib tərəf kimi bu üstünlüyünü masada nümayiş etdirəcək:
- Danışıqların Minsk qrupu formatına qaytarılmasını qəbul etməyəcək: burada Bakı, Ankara və Moskva eyni mövqedədir;
- Hadrut məsələsi qəbul olunmayacaq: üçtərəfli razılaşmanda da Azərbaycan Ordusunun azad etdiyi ərazilər müzakirə predmeti deyil; Əliyev görüşdən öncə “10 noyabr razılaşmasının əsas olduğunu” təsadüfi xatırlatmadı;
- “Status” məsələsi gündəmdən çıxarılacaq: üçtərəfli razılaşmada status yoxdur; Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır; Qarabağ heç bir status verilməyəcək; Xankəndi Azərbaycan ərazisidir və ora gələnlər Bakıdan icazə almalıdır - İlham Əliyevin görüşdən öncəki açıq mesajları;
(Rusiya mümkün olmadığını bildiyi halda status məsələsindən müzakirələrin uzanması üçün kart kimi istifadə edir, məqsəd tərəflər arasında və bölgədə hakim rolunu saxlamaqdır).
Görüşdən öncə iki məqam vacib idi: a) Türkiyənin Azərbaycanda hərbi mövcudluğu sürətlə artırıldı (hərbi yük təyyarələrinin intensiv uçuşu); b)
Azərbaycan prezidentinin müharibənin başa çatmasından sonra ilk dəfə açıq şəkildə Xankəndi məsələsinə toxundu və rəsmi Bakının mövqeyini dəqiqləşdirdi. Bu baxımdan, masada Bakının üç şərti – sülhməramlıların funksiyasına uyğun fəaliyyətinin təmin edilməsi, erməni silahlıların çıxarılması, Qarabağda baş verənlərin Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsi – öncə həll olunmalı, daha sonra regional məsələlərə keçilməlidir. Əks təqdirdə, anti-terror əməliyyatları genişləcək, bu dəfə Türkiyənin açıq hərbi dəstəyi ilə. Görüş öncəsi baş verənlər və Əliyevin mesajları bunu göstərir.
Görüşdə yekun sənədin imzalanacağı ehtimalı az, (Paşinyana daxili təzyiq və rusların müzakirələri uzatmaq istəyi) şifahi razılamalar və ümumi bəyanatın qəbul olunması gözləniləndir. Azərbaycan tərəfinin razılaşa biləcəyi yeganə məsələ də növbəti görüşlərin davam etdirilməsi ola bilər.
Asif Nərimanlı
Moskva görüşü: Əliyevin çantasında nə var? - TƏHLİL
-
21:31Geyiminə görə müştəriyə mağazada xidmət göstərilməyib, qovuldu
-
20:36Ağdam Cümə məscidində ilk Azan oxundu
-
19:45Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
18:13Heydər Əliyevə təsəlli üçün gətirilən o daş öz yerindədir
-
17:08Hacı Şahinin oğurlanan yutub kanalı geri qaytarıldı
-
16:57Engin və Dilan Polatın aylıq qazancı məhkəməyə damğasını vurdu
-
16:48Prezidentlərin Ağdama səfərindən maraqlı FOTOLAR
-
14:22Elmira Süleymanova vəfat etdi
-
12:04Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR - VİDEO
-
00:38“Səyahətlərimiz reklam xarakterli olduğu üçün pulsuz başa gəlir“
-
00:35Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
23:05Tiktok ABŞ-də qadağa olundu - BAYDEN QANUN İMZALADI
-
21:41“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir”
-
21:13Nura Suri bu obrazı üçün 2 min manat xərcləyib - FOTOLAR
-
19:28Mehin ad günündə klip təqdim etdi
-
18:36“Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir”
-
14:18Fanatları yenidən Madonnanı eyni səbəblə məhkəməy verdi
-
14:16Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək
-
13:53Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq - GÖZLƏNİLƏN XƏBƏR
-
13:25Vüqar Kərəmov azadlığa buraxıldı - DİGƏRLƏRİNİN MÜDDƏTİ UZADILDI
-
12:38Bakıda taksilərin qiyməti BAHALAŞDI
-
12:33Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA
-
11:57Faiq Ağayevdən illərdir küsülü olduğu Brilliant Dadaşovaya gözlənilməz sözlər
-
23:56“iPhone 16”da real düymələr olmaya bilər - Yeni modelin funksiyaları
-
23:49Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
22:11Məhkəmədə “Space” TV-yə qalib gələn Zəminə öz işinə qayıtdı
-
21:30Vatsapda çoxdan gözlənilən yenilik gəlir - ÜRƏYİNİZCƏ OLACAQ
-
19:01“Bacımın qızıllarını, anamın orijinal saatlarını oğurlayıb”
-
18:14“Oğluma Ali Baş Komandanın adını verəcəyik” - XANKƏNDİDƏ DOĞULAN İLK KÖRPƏ
-
16:01Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlanıb
-
14:16Kreditor intihar edən borclunun məzarını açıb yandırdı - “Bu gün mənə pul ödəməli idi”
-
13:28Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
-
12:38“Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR
-
12:35Android 15-lə gələcək yeni xüsusiyyət ELAN EDİLDİ
-
12:02Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna FOTOLAR
-
01:37TikTok instaqramla rəqabətə hazırlaşır
-
01:32“Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil”
-
20:49Şəbnəm Qəhrəmanovanın prodüseri vəfat etdi
-
18:13“Ölümündən əvvəl zəng gəlib, telefon əlindən düşüb” - ŞOK FAKT AÇIQLANDI
-
17:57Azərbaycanlı bankir Vyanada vəfat etdi
-
16:36Var-dövlətini atıb "Milyonçu olmaq çox sadədir" deyərək sıfırdan başladı, xəstəlik tapdı
-
13:17Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
-
12:08Aparıcı ilə xanəndə arasında qalmaqal
-
12:02Nagehanın itini evindəki köməkçi oğurlayıb - FOTOLAR
-
11:20"Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR
-
10:07Bu gün qızının toyudur - Mediaya qapalı olacaq
-
22:55“İşte benim stilim”in iştirakçısı evində ölü tapıldı - ŞÜBHƏLİ SEVGİLİSİDİR
-
18:59"Heç biri Cavanşir Məmmədovla vidalaşmağa gəlmədi" - Tolikdən tənqid
-
18:57Telefonu yastığa yaxın qoymaq görün hansı nəticələrə gətirib çıxarır
-
17:48“Mədəniyyət nazirliyi məni qapıdan içəri buraxmır”
-
12:12Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq - ŞAD XƏBƏR
-
12:11Azərbaycanda hotellər BAHALAŞIB - QİYMƏTLƏR
-
12:05Addım - addım sülhə doğru - Proses Qazaxdan başlandı
-
11:59"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"
-
22:10Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
-
20:24Rusiyada azərbaycanlı iş adamı öldürüldü
-
16:55Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu - VİDEO
-
15:25Halı pisləşən Zülfiyyə Bayramova xəstəxanaya yerləşdirilib - VİDEO
-
14:04"Açıq-saçıq geyinməyi sevmirəm" - Xoşqədəm Hidayətqızı
-
13:15Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama
-
13:00Cavanşir Məmmədov vəfat etdi
-
12:524 kəndin Azərbaycana qaytarılmasından sonra Paşinyandan ilk açıqlama
-
11:11“Mənə belə suallar verməyin” - Xatirə İslam
-
11:07Əməkdar artist 48 yaşında dünyasını dəyişdi
-
23:20Toyu bu xəbərlə açdı
-
23:17Lalə Azərtaşın veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
-
19:49Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
18:47İlham Əliyev 4 kəndi də qaytardı - RƏSMİ
-
18:14Çindən Azərbaycana uçan sərnişinlər 1 suktadır aeroportda qalıb
-
14:01Bakıda gənclər hamamda necə ölüb? QONŞULAR NƏLƏR DEDİ?
-
12:11“Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb” - Rusiya KİV
-
12:09"Meyxananı böyük səhnəyə atam gətirib"
-
11:59“Dedi ki, bu qızı Zeynəb Xanlarova edəcəksən?”
-
23:21“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA
-
22:41Emildən danışıb göz yaşını saxlaya bilmədi… - VİDEO
-
21:09May ayında pul içində üzəcək 3 bürc
-
17:56Azyaşlı qızları fahişəliyə cəlb edən qadın hakim qarşısında
-
17:02"Bəxtlərini gözəlləşdirə bilməyən qadınlar, özlərini gözəlləşdirər"
-
15:57Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
-
14:46Hamamda qızla oğlanın meyiti tapıldı - BAKIDA DƏHŞƏT
-
14:36Rəqsanə İsmayılovanın əmlaklarına niyə həbs qoyulub?
-
13:59Bakıda evdən gənc qızla oğlanın meyiti tapıldı
-
12:23"Səhhətində ciddi problemlər yaranıb"
-
23:26Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın fotoları
-
21:08Yaxın 2 həftədə çoxlu pul qazanacaq 3 BÜRC
-
20:50İş adamı Manaf Ağayevə ev hədiyyə edib?
-
20:09Elton Hüseynəliyev evində 6 it saxlayırmış - FOTOLAR
-
17:5013 yaşlı qız könüllü intim əlaqəyə girdi, valideyni şikayətçi olmadı…
-
11:59Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı
-
10:08Aytən Səfərova ağır qəza keçirdi - Ölən var
-
09:14Hadı Rəcəbli vəfat etdi
-
23:10Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi
-
21:07“Tez-bazar bir qızla evlən qoy desinlər kişidir” məntiqilə yaşayaq? - TƏNQİDLƏRƏ CAVAB
-
20:06Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi FOTOLAR
-
18:54DİN-dən kiberdələduzlarla bağlı - Xəbərdarlıq
-
18:02Namiq Məna oğlunun səhhətindən danışdı
-
16:53Tiktoker Semka da 30 sutka müddətinə həbs edildi
-
15:40“8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan
-
12:51Lətifə Soyuözdən illər sonra yenilik
-
12:10Nura Surinin 4400 manatlıq bahalı tərzi - FOTOLAR
Günün çox oxunanları
Həftənin çox oxunanları