Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Arnold Şvartsneger Trampı sərt tənqid etdi

Arnold Şvartsneger Trampı sərt tənqid etdi

Avstriya mənşəli ABŞ aktyoru, Kaliforniya ştatının 38-ci qubernatoru Arnold Alois Şvartsenegger Donald Trampı sərt şəkildə tənqid edib.

SHOWNEWS.AZ xəbər verir ki, Şvartsenegger Trampın ABŞ tarixində ən pis prezident kimi qalacağını bəyan edib. Bu barədə özünün "Twitter" hesabından açıqlama yayan məşhur aktyor və keçmiş qubernator, son günlər ABŞ-da baş verən ixtişaşları pisləyib.

​Trampın seçkilərin nəticəsini dəyişməyə çalışdığını deyən, yalan danışaraq dövlət çevrilişi etmək cəhdini pislədiyini söyləyən Arnold Şvartsenegger "Lider kimi məhv oldu və tarixdə ən pis prezident kimi yadda qalacaq" ifadəsini işlədib.