Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qubadlıda daha bir nazirliyin yerli strukturu fəaliyyətə başladı

Qubadlıda daha bir nazirliyin yerli strukturu fəaliyyətə başladı

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən SHOWNEWS.AZ-a verilən məlumata görə, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb.

Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən, Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.