Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Sülhməramlıların çox olması ilə bağlı Azərbaycandan şikayət gəlməyib” - Çavuşoğlu

“Sülhməramlıların çox olması ilə bağlı Azərbaycandan şikayət gəlməyib” - Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

SHOWNEWS.AZ xəbər verir ki, müsahibə zamanı Qarabağda Rusiya sülhməramlı əsgərlərinin sayının bəyanatda nəzərdə tutulandan daha çox olduğuna dair iddiaların olması ilə bağlı sualı Çavuşoğlu belə cavablandırıb.

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ rusların Laçın dəhlizindən keçidlərə icazə verməsindəki roludur. Ancaq bunun üçün Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycanın ərazisidir. Sabah hər hansı bir status-kvo təyin olunsa belə, yenə də Azərbaycanın sərhədləri daxilində olacaqdır. Ona görə də bunları Azərbaycanın icazəsi olmadan etməməlidir. “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”

Həmçinin Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizlə bağlı hər hansı problemin olub-olmadığına dair sualı cavablandıran Çavuşoğlu “Heç bir problem yoxdur. Bu, Moskvada keçirilən Rusiya-Azərbaycan-Ermənistan sammitində də təsdiqləndi”, - deyə qeyd edib.