Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” Melkonyandan ETİRAF

“Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” Melkonyandan ETİRAF

Erməni şərqşünas Sergey Melkonyan Prezident İlham Əliyevin “münaqişə həll edilib” bəyanatını şərh edib.

SHOWNEWS.AZ xəbər verir ki, Melkonyan prosesi belə qiymətləndirir:

1. Qarabağda silahlı birləşmələr tamamilə silahsızlaşdırılır, erməni sakinlərə Azərbaycan vətəndaşlığı verilir. Başlanğıc dövrdə razılığın təminatı üçün sülhməramlılar bölgədə olacaq, sonrakı mərhələdə isə Azərbaycan Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi bölgədə təhlükəsizliyi təmin edəcək. Bu Qarabağın tamamilə Azərbaycana keçməsi deməkdir.

2. Münaqişə həll edilsə də, müəyyən dövr üçün status-kvo (mövcud vəziyyət) saxlanıla bilər. Bu dövr ərzində Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilər istisna olmaqla, Qarabağ Rusiyanın nəzarətində qalır. Belə olan halda Moskva yenə Bakının razılığına uyğun hərəkət etməli olacaq.

3. Hər iki halda Qarabağın gələcək taleyində Ermənistan amili artıq yoxdur.

Erməni də olsa vəziyyəti real qiymətləndirə bilir.

// Publika