Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər" - Siyavuş Novruzov

"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər" - Siyavuş Novruzov

"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik".  
SHOWNEWS.AZ demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.  

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:  

"ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?".  

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.