Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ermənilər Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli GÖTÜRMƏYƏ MƏCBUR OLDULAR

Ermənilər Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli GÖTÜRMƏYƏ MƏCBUR OLDULAR

Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli götürülüb.

SHOWNEWS.AZ “panorama.am”a istinadən xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, - o vurğulayıb.

Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, abidə Azərbaycan və Türkiyə tərəfinin təkidli tələbləri ilə yığışdırılıb.

Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını ediblər.