Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Putin Azərbaycan əsilli iş adamını MÜKAFATLANDIRDI

Putin Azərbaycan əsilli iş adamını MÜKAFATLANDIRDI

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli iş adamı Qod Nisanovu mükafatlandırıb.

SHOWNEWS.AZ bildirir ki, Putin fevralın 12-də “Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Qod Nisanov Rjevsk Sovet Əsgərinə memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub.

Qeyd edək ki, Vladimir Putinin müvafiq fərmanı rəsmi hüquq informasiya portalında dərc olunub. APA