Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nazirlərin adları bəlli oldu - Prezident sərəncam imzaladı

Nazirlərin adları bəlli oldu - Prezident sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

SHOWNEWS.AZ-ın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:

Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
 
Mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;
 
Müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
 
Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
 
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;
  
Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
 
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.