Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Paşinyan vəzifədə qalsa, Azərbaycan... Tsukermandan ŞOK AÇIQLAMA

Paşinyan vəzifədə qalsa, Azərbaycan... Tsukermandan ŞOK AÇIQLAMA

"İki ölkə (Rusiya-Ermənistan) arasında artan hərbi müdafiə yaxınlığının əlamətləri ortaq bir hərbi qrup yaratmaq (hətta ordunu birləşdirmək) fikrinin ilk dəfə mediada ortaya çıxdığı barədə iddialar ən azı 2020-ci ilin iyun ayına gedib çıxır. O dövrdə bu müzakirələr onsuz da Azərbaycanın potensial hərbi eskalasiya istiqamətində mühüm addımlar atacağına işarə edirdi ki, bu da Tovuza hücumundan sonra baş verdi".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı ekspert bildirib ki, Rusiya ilə hərbi əməkdaşlıq Ermənistanın gələcəkdə baş verə biləcək müharibəyə daha da hazır olmasına kömək edəcək:

"İndi Paşinyan hökuməti hər zamankından daha çox hakimiyyətini qorumaq üçün bir yol axtarır və xalqa, müxalif rəqiblərinə mövcud revanşist əhval-ruhiyyəsinə uyğun olaraq davamlı şəkildə hökümət təbliğatı ilə qidalanaraq hərbi əməliyyatların yenidən alovlana biləcəyinin mümkünlüyü təəssüratı yaradır. Açıq şəkildə, bu fikir Bakının gələcəkdə Ermənistanı "işğal etmək" cəhdlərinin qarşısını almaq üçün müdafiə əhval-ruhiyyəsi kimi sırınır, həm də Prezident Əliyevin strateji dəhlizlərin müdafiəsi və potensial imkanları, qanunsuz terror fəaliyyətləri, üçtərəfli barışıq müqaviləsinin pozulması ilə bağlı şərhlərinin səhv tərcümələr və şərhlər ilə davamlı şəkildə yayılır. Amma əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən bunun tam əksi müzakirə olunur ki, bu da ən azından 44 günlük müharibədə ermənilərin ağır məğlubiyyətindən və Paşinyanın xalqa təbliğ etdiyi yalanların açılmasından sonra xaos yaşayan cəmiyyəti sakitləşdirə bilər.

Rəsmi İrəvanın revanş cəhdinə Rusiyanın icazəsi olmalıdır

Paşinyan rusları gələcək döyüş əməliyyatında iştirakını tələb edəcək bir razılığa cəlb etmək üçün yollar axtarır. Rəsmi Moskva Paşinyanın 44 günlük müharibədə ümid bəslədiyi dəstəyi təmin etmədi və bütün hesablara görə, planlaşdırılmamış, razılaşdırılmamış və düşünülməmiş gərginlik işğal edilmiş ərazilərin itirilməsinə gətirib çıxardı.

Erməni hərbi qüvvələrinin zəif göstəricilərini və böyük döyüşlərə hazır olmadıqlarını nəzərə alaraq revanş cəhdlərinin yaxın gələcəkdə həyata keçirilməsinə müstəqil şəkildə qərar verəcəkləri mümkünsüzdür. Paşinyanın dediyi kimi Rusiya ilə hərbi əməkdaşlıq, birgə qoşun yaradılması planları ermənilərin gələcəkdə baş verə biləcək müharibəyə daha da hazır olmasına kömək edəcək. Rusiya Ermənistanı bir hərbi baza və bölgədə qalan son dayaq nöqtəsi kimi hələ də əhəmiyyətli hesab edir, lakin mövcud real siyasi vəziyyəti nəzərə alaraq başqa bir düşünülməmiş erməni təxribatına, hər hansı bir revanş cəhdlərinə fəal şəkildə qoşulub təkan verməyi məqsədəuyğun hesab etməz.

Rusiya Ermənistan ordusuna nəzarəti üzərinə götürə bilər

Rusiya ilə Ermənistanın birgə hərbi əməkdaşlığı barədə keçənilki ilk müzakirə uzunmüddətli bir strategiya olaraq rəsmi İrəvan üçün böyük ehtimalla sərfəli idi. Əslində, Moskva indi regionda dəyişən reallıqlar baxımından başqa cür düşüncəyə sahib ola bilər. Əgər erməni baş nazirin dediyi məsələ Rusiyanın razılığı ilə həyata keçməyə başlayarsa həmin silahlı qüvvələrin maliyyələşdirilməsi və fəaliyyəti üzərində ciddi nəzarət həyata keçirəcəkdir.

Yenə də belə bir təşəbbüsün mövcudluğu, çətin ki, Azərbaycan və region üçün müsbət bir tendensiyadır. Məsələn, Ermənistan onsuz da Rusiyanın işğalı nəticəsində zəifləmiş və eyni zamanda siyasi böhranla üzləşən Gürcüstan ərazilərinə də iddialar irəli sürür. Nəzərdə tutulan bu silahlı birləşmə Gürcüstanın ərazi bütövlüyünə xələl gətirmək üçün istifadə olunursa, nəticədə Azərbaycana birbaşa hücum edilməsə belə, müttəfiqinin və qonşusunun zəifləməsi bütün Cənubi Qafqazda qarışıqlığa səbəb olacaq, bölgədə sabitliyi pozacaq və gərginliyi artıracaqdır. Bu, eyni zamanda potensial Qarabağ və digər investorlar üçün siyasi risk hesab edilə bilər. Bu səbəbdən gələcəkdə regionda istənilən döyüş əməliyyatı indiki reallıqla sülhə, sabitliyə, inkişafa böyük zərbədir. Yaxşı xəbər budur ki, Moskvanın başqa planları ola bilər. Misal olaraq qeyd edə bilərəm ki, Rusiya Paşinyanı qərar qəbul etməkdə və ya öz geosiyasi strategiyasının həyata keçirilməsində bərabərhüquqlu tərəfdaş kimi qəbul etmir".