Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kəlbəcər istiqamətində təxribat törədən Ermənistan hərbçisi yaralandı

Kəlbəcər istiqamətində təxribat törədən Ermənistan hərbçisi yaralandı

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.

 

"Report”  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hadisə iyulun 29-da səhər saatlarında baş verib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində qarşı tərəf cavab atəşi ilə susdurulub.