Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Hansısa transgender bizim hüquqları bəyənmirsə, viza alıb getsin" - Partiya sədri

"Hansısa transgender bizim hüquqları bəyənmirsə, viza alıb getsin" - Partiya sədri

"Bu məsələni seksual hadisə kimi qiymətləndirmirəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Ağ Partiya” sədri Tural Abbaslı transgenderlərin Ombudsman Aparatının qarşısında keçirdikləri aksiyaya münasibət bildirərkən söyləyib:

"Bir Azərbaycan vətəndaşı qətlə yetirilibsə, bu cinayət əməlidir və bu adi bir cinayətdir. Qanun konkret nəyi tələb edirsə, o da icra olunmalıdır. Nə əksik, nə də artıq. Çünki onlar heç kimdən artıq və ya əskik deyillər. İnsan öldürülüb və insanı öldürən tapılıb cəzalandırılmalıdır”.

Partiya sədri bu cür məsələlərdə şou yaradanların məqsədli olduğunu deyib:

"Ombdusman bununla bağlı xüsusi bir çıxış edəcəksə, o zaman mən də tələb edəcəm ki, o bütün qətlərlə bağlı çıxış etsin. Bilirsiniz, Azərbaycanda qanunvericiliyə görə də, milli-mənəvi dəyərlərimizə görə də iki cins var – kişi və qadın. Cinayətin də kişiyə, qadına, dini və ya siyasi görüşünə aidiyyatı yoxdur. Cinayət və cinayətkar varsa, qanun, qayda, hüquq-mühafizə orqanları var. Bu tip məsələlər, aksiyalar şou yaratmaq məqsədilə edilir. Mitinq etməyə cəhd edənlər insan qətlinə qarşı diqqət çəksələr, daha yaxşı olar".

Tural Abbaslı onu da qeyd edib ki, Azərbaycanda transgenderlərin tələb etdiyi hüquqlar heç zaman olmayacaq:

"Azərbaycan mühafizəkar cəmiyyətdir və min illərdən gələn ənənələri var. Başqa hüquqları qaldırmaq istəyirlərsə, getsinlər başqa ölkələrə. Ağ Partiya olaraq bizim mövqeyimiz budur ki, Azərbaycanda onların tələb etdiyi hüquqlar heç zaman olmayacaq. Çünki o hüquq deyil, azğınlıqdır. Bu məsələlərdə Azərbaycanda hansısa siyasi partiya və ya iqtidar bir şey etməməlidir. Kim ki, bizim hüquqları bəyənmirsə, viza alıb gedib, harada istəyir yaşasın”.