Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“15 qəpiklə heç kəs kasıblamaz, xərclərimiz çoxdur” - Millət vəkili

“15 qəpiklə heç kəs kasıblamaz, xərclərimiz çoxdur” - Millət vəkili

Milli Məclisin deputatı Eldar Quliyev: 

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür.

A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı.” (Pravda az)