Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zəngəzur dəhlizinin açılması İranı niyə narahat edir? - SƏBƏB AÇIQLANDI

Zəngəzur dəhlizinin açılması İranı niyə narahat edir? - SƏBƏB AÇIQLANDI

"Qonşu dövlətlərin bölgədə rolunun artması İranda qısqanclığa səbəb olub”.  
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.    Onun sözlərin görə, Zəngəzur dəhlizinin açılması İranı narahat edir, çünki İran düşünür ki, bununla qonşu ölkələrə təsir gücü azalacaq:  

"44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda geosiyasi mühiti tamamilə dəyişdi. Yeni geosiyasi reallıqlar, əsasən, onunla səciyyələnir ki, Azərbaycan özünün güc mövqeyini formalaşdırdı və davamlı olaraq da bu güc mövqeyini möhkəmləndirməkdədir. Ötən ilin noyabr ayında imzalanmış birgə Bəyənnaməyə uyğun olaraq Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması, bütövlükdə regionun açılması deməkdir ki, bu da, ümumilikdə regionun geosiyasi vəziyyətinə təsir edir. Bu məsələ isə İranı narahat edir. İranın Zəngəzur dəhlizinin açılmasında narahatlığını məğzi ondan ibarətdir ki, bir qayda olaraq ona yaxın olan coğrafiyada yalnız özünün təsirli rolunu görmək istəyir. Qonşu dövlətlərin bölgədə rolunun artması İranda qısqanclığa səbəb olub. Bundan başqa Cənubi Qafqaz regionunda Türkiyə ilə Azərbaycanın işbirliyi cərəyan edən proseslərdə öz faydasını göstərməkdədir. İran yanlış olaraq hesab edir ki, dəhlizin açılmasından sonra İranın Ermənistan üzərində nəzarəti zəifləyəcək. Ermənistan alət ölkə olmaqla İranın da maraqlarına xidmət etmək üçün istifadə olunur. Yəni, Qərb ölkələri kimi İran da Ermənistana öz maraqlarının təmin olunması aləti kimi yanaşır. Onu narahat edən məqamlardan biri də bundan ibarətdir.   

Deputat qeyd edib ki, İran prosesləri tam öz nəzarəti altında saxlamaq istəyindən çıxış edir:  

"Azərbaycan tərəfi İrana Azərbaycan ərazilərindən də istifadə etməklə kommunikası qurmaq imkanlarını təqdim edib. Bu baxımdan Azərbaycanla İran arasında kommunikasiyanın qurulması istiqamətlərinin müəyyənləşməsində, düşünürəm ki, heç bir problem ola bilməzdi. Amma İran tərəfi, sadəcə olaraq prosesləri tam öz nəzarəti altında saxlamaq istəyindən çıxış edərək Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil”.