Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İlham Əliyev ailəsi ilə Olimpiya İdman Kompleksində

İlham Əliyev ailəsi ilə Olimpiya İdman Kompleksində

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

SHOWNEWS.AZ xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Kompleksin ərazisini gəziblər.

Məlumat verilib ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin, bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

 

Quba universal kompleksində 200-250 işçinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və hotellə tanış olublar.

Bildirilib ki, kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldiləsi üçün proqramların təşkili nəzərdə tutulur.

Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Çünki şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.