Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda 60%-dən çoxu artıq vaksinasiyaya cəlb olunub - RƏSMİ

Azərbaycanda 60%-dən çoxu artıq vaksinasiyaya cəlb olunub - RƏSMİ

"Azərbaycanlı mütəxəssislərin xaricdən dəvət olunan tibb heyətindən öyrəndikləri təcrübənin nəticəsini ölkədə koronavirus infeksiyasından ölüm saylarının aşağı düşməsində və xəstəxana daxilində xəstəxanaya qəbul olunan koronaviruslu insanların müalicəsinin effektliyinin yüksəlməsində müşahidə etdik”.

 

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

 

Onun sözlərinə görə, pandemik dalğalar mövcuddur və həmin dalğalar müxtəlif tezliklərlə ayrı-ayrı ölkələrdə qeydə alınır: "Bu da imkan verir ki, həmin dalğaları erkən olaraq öncədən yaşamış ölkələrin tibbi heyəti öz biliklərini digər ölkələrdəki əməkdaşları ilə paylaşsınlar. Nəticədə ümumbəşəri səviyyədə həmin xəstəliyin idarəetməsində böyük irəliləyiş olur”.

 

O qeyd edib ki, hazırda bu xəstəliyin yeganə effektiv idarəetmə üsulu vaksinasiyadır: "Azərbaycan vətəndaşları digər ölkələrin vətəndaşlarından fərqli olaraq vaksin seçimi imkanı əldə ediblər. Bu günə ümumi əhalinin 60 %-dən çoxu artıq vaksinasiyaya cəlb olunub. Bu da bizə imkan verir ki, istənilən halda gələcəkdə vaksinasiyanın uğurlu nəticələrinə əsaslanaraq ölkədə koronavirus infeksiyasının yayılmasını tam nəzarətə alınmasını düşünə bilərik”.