Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ukrayna NATO üzvlüyündən imtinaya hazırdır: Zelenski Putinə 3 şərt qoydu

Ukrayna NATO üzvlüyündən imtinaya hazırdır: Zelenski Putinə 3 şərt qoydu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO üzlüyündən imtina etməyə hazır olduğunu deyib.

Ölkə.az xəbər verir ki, Zelenski bu barədə televiziyalardan birinə müsahibəsində danışıb. O, Ukraynanın NATO üzvlüyündən çəkilmək üçün 3 şərti olduğunu bildirib.

Zelenski bəyan edib ki, Rusiya qoşunlarının çıxarılması, atəşkəsin əldə olunması və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi şərti ilə ölkəsi NATO üzvlüyündən imtina etməyə hazırdır.

 

Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara çağırışını təkrarlayan Zelenski söyləyib ki, Putinlə görüşməyincə Rusiyanın müharibəni bitirmək istəyib-istəmədiyini anlamaq mümkün deyil.