Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Ermənilər mülki əhalini atəşə tutdu - Ermənilər mülki əhalini atəşə tutdu - Ermənilər mülki əhalini atəşə tutdu - Ölən və yaralılar var

Ermənilər mülki əhalini atəşə tutdu - Ermənilər mülki əhalini atəşə tutdu - Ermənilər mülki əhalini atəşə tutdu - Ölən və yaralılar var

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib.

 

Müdafiə Nazirliyindən daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.  

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.  

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.   Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.