Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Rusiya holdinqi Azərbaycanda servis mərkəzini bu tarixdə aça bilər

Rusiya holdinqi Azərbaycanda servis mərkəzini bu tarixdə aça bilər

 

2020-ci ilin noyabrında Azərbaycanda Rusiya vertolyotlarının təmiri və texniki xidmət mərkəzinin açılması planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rusiya helikopterləri” holdinqinin baş direktoru Andrey Boqinski “RİA Novosti”yə bildirib.

 

“Bu ilin noyabrında Azərbaycanda texniki xidmət mərkəzimizin açılması ilə bağlı bir məsələmiz var, ancaq oktyabr ayında tərəfdaşlarımızla saatları sinxronlaşdırmalıyıq. Pandemiya əngəl olmasa, mərkəz bu il açılacaq. Problem yaranarsa, açılışı 2021-ci ilin birinci yarısına qədər təxirə salacağıq”,- deyə Boqinski qeyd edib.

Xatırladaq ki, “Rusiya helikopterləri” üçün xidmət mərkəzinin yaradılması barədə müqavilə 2019-cu ilin dekabrında imzalanıb. Mərkəzin Zabrat hava limanı ərazisində açılacağı bildirilib.