“Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir.
“Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olub. Bunun nəticəsində bir mülki şəxs öldürülüb. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxanlanıb və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilib. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti bildirib ki, iki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrilib: “Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək.
Mən bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bildirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan. Türkiyə Prezidenti, qardaşım Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Cənab səfir, bir daha Prezidentə, Baş Nazirə, Xarici İşlər nazirinə, Pakistandakı bütün qardaşlarımıza təşəkkürümü çatdırın. Bizim dostluğumuz və qardaşlığımız davam edəcək”.
“Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq” -Prezident İlham Əliyev
-
17:41Əlillərə verilən maşınlarla taksi fəaliyyəti göstərmək QADAĞAN EDİLDİ
-
17:36Taksilər yalnız bu rənglərdə olacaq - QƏRAR
-
15:05Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək - QANUN TƏSTİQLƏNDİ
-
14:06“Titanik”dəki taxta 1 milyondan baha satıldı
-
12:02Tolik blogerlərin saxtakarlığını açıqladı
-
23:21Anadan şanslı doğulan bürclər
-
20:38Ramazan ayının 18-ci gününün duası İMSAK VƏ İFTAR VAXTI
-
18:16“Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov
-
15:57Mayın sonunda Xocalıya ilk köç olacaq
-
13:42Rusiya İnterpolun yardım təklifini rədd edir: "Biz öz çarəmizə baxacağıq"
-
13:41Ər onu baltalayan arvadını bağışlamadı - 9 il həbs verildi
-
13:33“Yerli seriallar cılızdır, heç birini izləmirəm” - TƏNQİD ETDİ
-
12:22Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər
-
12:00ARB-nin də verilişlərinin yayım saatı qısaldıldı
-
22:22“Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli
-
20:42Ramazanın 17-ci gününün duası İMSAK VƏ İFTAR VAXTI
-
19:27Zaurun verilişinin yayımı saat yarım azaldıldı
-
17:38Cavanşir Məmmədov avtomobilini 100 minə satışa çıxardı
-
13:48Vatsapdan videolarla bağlı yenilik
-
13:13"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"
-
23:28“Crocus City Hall”dakı terror radikal islamçıların əli ilə törədilib”
-
23:04Ramazanın 16-cı gününün duası - İMSAK VƏ İFTAR VAXTI
-
21:28"Atasız uşaq dünyaya gətirmək istəyirlər" - ELZAdan QALMAQALLI SÖZLƏR
-
17:19“Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda!”
-
13:37Azərbaycanda t…r aktları planlaşdıran şəxslər ifşa olundu
-
12:55Elnur bu dəfə Tünzalə Ağayevanı dəyişdi - FOTOLAR
-
12:01"Kürəkənimin 40 mərasimində evə nəvəmin meyidi gəldi"
-
08:47Filipp Kirkorov Bakıda
-
22:06Sabahdan bu bürclər üçün ədalət zamanıdır...
-
21:11Ramazanın 15-ci gününün duası - İMSAK VƏ İFTAR VAXTI
-
19:39Bacısına təcavüz edən erməninin məhkəməsi başlayır
-
16:31Azərbaycanlı müğənni t…rda zərər çəkənlərə 1 milyon ianə etdi
-
14:44Ermənistanda Qazaxın işğal altındakı kəndlərində müqavimət hərəkatı yaratmaq istəyən silahlı qrup saxlanılıb
-
13:20"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan etiraz
-
21:37Ramazanın 14-cü gününün duası - İMSAK VƏ İFTAR VAXTI
-
21:20Bu ölkədə 5 Azərbaycan vətəndaşı həbs olundu - Məmura sui-qəsd planı
-
19:49Roza Röya Ayxan və komandası üçün qurban kəsdirdi
-
17:51T…r aktını törədən 4 nəfər saxlanılıb - PUTİNDƏN AÇIQLAMA
-
16:34Aygün Kazımovadan Röya ilə bağlı paylaşım
-
15:48Saxlanılan t….çudan şok etiraflar - YARIM MİLYON PULA GÖRƏ
-
15:24Tünzalə Ağayeva Moskvada baş verən t…r aktından danışdı
-
14:26Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər
-
13:08“Crocus City”də ölənlərin sayı 93 nəfərə çatdı
-
12:57Terrorda ölənlər arasında azərbaycanlının olduğu deyilir - ARAŞDIRMA GEDİR
-
22:59“Crocus Group”un sahibi Emin Ağalarov hadisə yerindədir
-
22:34Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
-
22:08Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı
-
21:47Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü
-
12:44Qar yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
-
02:03Hoteldə qadını 150 manata görə öldürübmüş - ŞOK TƏFƏRRÜAT
-
22:13“Evinizi TikTok-dan qoruyun” - Xoşqədəm Hidayətqızı
-
21:46Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı
-
12:35Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib
-
22:42Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı saldı
-
20:36Ramazanın 11-ci gününün duası - İMSAK VƏ İFTAR VAXTI
-
20:24Leysan və qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
19:58Prezident Xalq artisti Samir Cəfərovu təltif etdi
-
18:59Bu bürcləri aprel ayında “pul yağışı” gözləyir
-
17:52Uşağını tək qoyub tətilə gedən ana ömürlük həbs edildi
-
16:34“Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq”
-
15:57Azərbaycan çempionatının ən bahalı futbolçuları açıqlandı - SİYAHI
-
15:02"TikTok"un Azərbaycan seqmentində yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
-
13:34Bugündən Azərbaycana yaz gəldi
-
13:05Milli dəyərlərimizə zidd olan canlı yayımlar bloklanacaq - Tiktokerlərə bəd xəbər!
-
11:52“Hamilə olarkən həyat yoldaşım məni döyüb, söyürdü…” - Şəfiqə Nağıyeva
-
21:35Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
-
21:09İndiki uşaqların papaq atmağı “Zəhmət olmasa, pul qoyun” FOTOLAR
-
14:577 yaşlı Fəridin ölümünə səbəb olan məşqçiyə 19 İL HƏBS VERİLDİ
-
14:19Ebru Gündeş hamiləliyinin 5-ci ayındadır
-
12:22“Müğənnini efirə divan boş qalmasın deyə çağırırlar”
-
11:29Arvadını kabab yediyinə görə öldürdü - Füzulidə dəhşətli cinayət
-
11:12Sabahdan Azərbaycanda yeddigünlük Novruz tətili başlayır
-
10:57Oruc tutan şəxsə hansı əməllər - Qadağandır?
-
23:08Rəqqasə Renka yüngül avtoqəza keçirib, əli əzilib
-
23:02Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtı
-
20:34Cavanşir Məmmədov dolanışıqdan şikayətləndi: "Paket çay içirik"
-
18:03Xəyyam Nisanov müğənniləri toylardan “vurur”
-
17:09Bakıda idman motosikleti ağır qəzaya düşdü - Ölən var
-
12:41Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
-
12:39Azərbaycanda 6 milyondan çox insan “Tik-Tok” istifadəçisidir
-
12:10Bukmeykerlərdən təmsilçilərimizlə bağlı - PROQNOZ
-
23:45“Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik” - Prezident
-
21:03Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
-
20:30"Bir dənə hamburgerə 100 manat pul verdim"
-
20:13“ANS-də həmkarım dedi ki, “tupoysan””
-
15:44“Mən oxumasam, özüm və ailəm acından ölərik“
-
14:32Fatimə Fətəliyeva Həcc ziyarətində
-
12:57Seda Sayan 7-ci ərindən boşanma xəbərlərinə AÇIQLAMA VERDİ
-
21:43Ramazanın 7-ci gününün duası - İmsak və iftar vaxtı
-
15:38Nadir Qafarzadə boşanmaların çoxalmasından yazdı… - Seriallar, sosial şəbəkələr
-
15:09Bakıda “Porsche”nin nömrəsini oğurlayanlar saxlanıldı
-
13:093-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA
-
12:00Sadiq Musayev Asiya Çempionatında 1 və 2-ci yeri tutdu
-
09:39Məhkəmə 60 min manat maaşı olan kişiyə 20 min manat aliment kədi - BAKIDA ŞOK
-
21:24Ramazanın 6-cı gününün duası - İmsak və iftar vaxtı
-
20:40“Qızımın evlənmədən yaxınlıq etməsinə razıyam”
-
16:51Dilarə yeni klipinin rejissorluğunu özü etdi - VİDEO
-
16:19Uşaqlığından danışan Aytən Səfərova efirdə kövrəldi
-
13:17"Avroviziya" mahnımız təqdim olundu - ÖZÜNLƏ APAR
-
11:50“Qadının qəlbi məzar, kişinin qəlbi isə dükan kimidir”
Həftənin çox oxunanları