Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətlə bağlı MÜQAVİLƏ İMZALADI

Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətlə bağlı MÜQAVİLƏ İMZALADI

“Türkiyə razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacaq”.

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.

 

O, bu sabah Türkiyə və Rusiyanın atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladığını bildirib:

“Atəşkəsə nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”.