Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Səbinə Babayeva və Səmra Rəhimli arasında qarşıdurma: "Bu bizi seçənlərə hörmətsizlikdir" - VİDEO

"Eurovision" təmsilçimiz Səbinə Babayevanın müsabiqə iştirakçıları haqda işlətdiyi fikirlər Səmra Rəhimlinin ürəyincə olmayıb.
Səbinə Babayeva və Səmra Rəhimli arasında qarşıdurma: "Bu bizi seçənlərə hörmətsizlikdir" - VİDEO

SHOWNEWS.AZ xəbər verir ki, Babayevanın "müsabiqə iştirakçılarının güclü səsinin olması vacib deyil, 3-4 notluq səs imkanlarının olması bəsdir" deməsi, Rəhimliyə xoş gəlməyib və o, qarşı tərəfə cavab verməyi özünə borc bilib.

 

Bu haqda "ATV Maqazin onlarla" verilişinə danışan Rəhimli qarşı tərəfi günahkar çıxardıb:

 

"Bu səhv fikirdir. Bu sözlər bizi seçənlərə qarşı hörmətsizlikdir. Yəqin bəzilərinə səs lazım deyil. Bizə yüzlərlə insanlar səs verir. Çoxlu ölkələr bizə baxır. Mən onun fikri ilə razı deyiləm".