Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rihanna ilə sosial şəbəkə arasında QALMAQAL

Rihanna ilə sosial şəbəkə arasında QALMAQAL Dünyaca məşhur müğənni Rihanna sosial media platforması “Snapchat”ı sərt şəkildə tənqid edib. Oxu.Az xəbər verir ki, buna “Snapchat”ın Rihanna və Kris Braunun görüntülərinin olduğu mobil oyun yayımlaması səbəb olub. Belə ki, sosial şəbəkədə istifadəçilərə “Rihannanı şillələməyi, yoxsa Kris Braunu yumruqlamağı seçərdiniz”, – deyə sual ünvanlanıb. Müğənni isə bundan əsəbiləşərək 61 milyonluq “Instagram” hesabında doqquz il öncə sevgilisi Kris Braun tərəfindən döyüldüyünü lağa qoyan və qadına qarşı zorakılıqdan istifadə edərək reklam hazırlayan şirkəti qınayıb: “Bunu cahillik adlandırıram. Amma sizin bu qədər səfeh olduğunuzu bilirəm. Zorakılıq qurbanlarını utandırmaq və belə bir şəkildə məsxərə qoymaq üçün pul xərcləmisiniz. Reaksiyam şəxsi hisslərimlə bağlı deyil, bundan utanmıram. Ancaq siz məni, şiddətə məruz qalan bütün xanımları, uşaqları ortaya ataraq aşağılamısınız”. Daha sonra “Snapchat” rəsmisi Rihannadan üzr istəyib: “Bu reklam çox iyrəncdir və bizim platformamızda yayımlanmamalı idi. Belə bir xəta etdiyimiz üçün kədərlənirik.Yenidən baş verməyəcəyinə ümid edirik”. Qeyd edək ki, bundan öncə də Rihannanın “Instagram”la problemi yaranmışdı. Belə ki, sosial media çılpaq fotolarını paylaşan Ririni əvvəlcə xəbərdar edib, daha sonra məhəl qoymadığını görərək 13 milyonluq hesabını silmişdi.