Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mehin ad günündə klip təqdim etdi

Mehin ad günündə klip təqdim etdi

Müğənni Mehin Hümbətova doğum günündə yeni klipini təqdim edib.

31-ci yaşına qədəm qoyan sənətçi bir müddət əvvəl təqdim olunan "Xoş gəlmisən” mahnısı üçün kamera qarşısına keçib.

Orxan Mustafa tərəfindən lentə alınan klipin çəkilişləri dəniz səviyyəsindən 1520 metr yüksəklikdə, sıx meşəliklə əhatə olunmuş Qara nohur gölü ərazisində, İsmayıllı rayonunun İvanovka kəndində baş tutub.

Çəkiliş zamanı çətin anlar da yaşanıb. "UAZ” markalı avtomobil yüksəkliklərə qalxarkən bəzi yerlərdə idarəetməni itirsə də, sürücü sonradan müğənninin içində olduğu maşının müvazinətini saxlaya bilib.

Qeyd edək ki, mahnının müəllifi Jay Meeldir.Aranjiman Tərlan Məmmədhüseynova məxsusdur. Klip və mahnı bütün dijital platformalarda təqdim olunub.