Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Restoranlarda şou-proqramda oxumaram" - Brilliant Dadaşova

"Restoranlarda şou-proqramda oxumaram" - Brilliant Dadaşova

"Sənətimin heç bir dövründə gedib restoranda oxumağı qəbul etməmişəm. Ya Yeni il, ya Novruz bayramında bir gün olar. Amma hər gün yox. Toylarda isə olar. Çünki burada anamız, bibimiz, xalamız olur, seçmə insanlarımız ora yığışır".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova  "MTV özəl" proqramında qonaq olarkən deyib. Müğənni şou-proqramlarda çıxış etməyə qarşı olduğunu söyləyib.

 

"Şəxsi dəyərlər mənim üçün önəmlidir. Hər şey pula satılıb, pulla alınmır. Məsələn, mən heç vaxt nə qədər pul versələr də siqaret reklam etmərəm.

Maqazin verilişləri mənim yerim deyil, çünki mən sənət adamıyam. Ona görə də maqazin proqramları hər zaman məni qılınclayıblar. Mənə hər maqazin verilişində sataşmaq, nalayiq süjet hazırlamaq, təhqir etmək olub. Cavab verməmişəm, oturub sadəcə, baxmışam".